FTX əməkdaşları rejim əleyhdarlarını rahat ölməyə də qoymur – Rusiyada 1937-ci il kabusu…

image-thumb600x0-22backend

Rusiya Federasiyasında çoxdandır ki, prezident Vladimir Putin rejiminin əleyhdarları barədə məlumat bazası toplanıb və ölkədə “böyük ov” başlaya bilər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları insanı hətta ölüm ayağında haqlayacaq.

Bu barədə özünün “Facebook” səhifəsində rusiyalı müxalifətçi, sosioloq, Boris Nemtsovun yaxın qohumu İqor Eydman yazıb.

Onun sözlərinə görə, FTX əməkdaşları bütün yadfikirliləri “rahat ölməyə də qoymayacaq”. “Ölümcül xəstə olan fizika-riyaziyyat elmləri doktoru Kolkeri məhz xəstəxana çarpayısından ayırıb həbsxanada iki günə həyatına son qoyublar”, – Eydman qeyd edib.

Sosioloq güman edir ki, Rusiyada hər şey 1937-ci ilin hadisələrinin təkrarına aparır (1937-1938-ci illərdə SSRİ-də ən kütləvi siyasi repressiyalar baş verib). “Kütləvi repressiyalar üçün artıq hüquqi baza yaradılıb. Rejim əleyhdarlarının məlumat bazaları çoxdan toplanıb. “Çekistlər” yuxarıdan böyük ovun başlanması siqnalını gözləyərək, onların caynağına keçənlər üzərində məşq edirlər”, – ekspert xəbərdarlıq edib.

Eydman Novosibirsk Dövlət Universitetinin kvant optik texnologiyalar laboratoriyasının müdiri Dmitri Kolkeri xatırlayaraq, onun həbs edildikdən üç gün sonra “Lefortovo” istintaq təcridxanasında vəfat etdiyini xatırladıb.

Alim, guya, “dövlər sirrini təşkil edən məlumatların Çin Xalq Reslublikasına təqdim etməkdə” ittiham edilib.

Kolker birbaşa xəstəxanada həbs edilib, orada o, mədəaltı vəzin 4-cü mərhələdə xərçəngi ilə müalicədə olub və sərbəst hərəkət edə bilməyib.

Bir neçə gün öncə bu işlə bağlı özül qaz dinamikası üzrə tanınmış mütəxəssis, Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin  S.A. Xristianoviç adına nəzəri və tətbiqi mexanika institutunun rəhbər müavini professor Anatoli Maslov saxlanılıb.

Hər iki alim Moskvadakı “Lefortovo” istintaq təcridxanasına yerləşdirilib. Kolker kimi, Maslov da Çinə məlumatlar ötürməkdə ittiham edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90