Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 658 $▲0.42%
  • Ethereum2 353 $▲0.62%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Diaspor

Fuad Muradov Almaniyada yaşayan azərbaycanlılarla görüşdü - FOTOLAR

image-mycollages__98_

Münhen şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə icma üzvləri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Busaat.az-a verilən məlumata görə, tədbirdə çıxış edən komitə sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış şanlı qələbənin diaspor quruculuğunda yeni səhifə açdığını bildirib, Almaniyadakı Azərbaycan diasporu tərəfindən bu günədək görülən işləri yüksək qiymətləndirib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb, Koordinasiya şuralarının və “Azərbaycan evləri”nin bu istiqamətdəki əhəmiyyətli rolundan söz açıb, soydaşlarımızı “Azərbaycan evləri”nin fəaliyyətində aktiv iştirak etməyə səsləyib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub, Dövlət Komitəsi tərəfindən nəşr olunan “Azərbaycan dili” dərsliyi, diaspor nümayəndələrinin Şuşa səfəri və diaspor gəncləri üçün yay düşərgələrindən də söz açılıb.

 


Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul