Fuad Muradov: “Ulu Öndər Heydər Əliyevin planları hər zaman türk dünyasının inkişafı ilə bağlı olub”

image-fuad-muradov1backend

“Ulu Öndər Heydər Əliyevin planları hər zaman Azərbaycanın bu günü, böyük türk dünyasının inkişafı ilə bağlı olub”.

Busaat.az xəbər verir ki, bunu Bakıda “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri Heydər Əliyevin diaspor sahəsindəki fəaliyyətinə diqqət çəkib: “Heydər Əliyev hər zaman Azərbaycan diasporunun şaxələnməsinə böyük diqqət göstərib. Hələ 1994-cü ildə Ulu Öndər dövlət başçılarının İstanbul sammitində demişdi: “Bizim əməkdaşlığımız xalqlarımızın dil və fəaliyyət birliyi əsasında qurulub. Biz bundan səmərəli istifadə etməliyik”. Ümummilli lider TÜRKSOY-un Bakıda keçirilən qurultayında qeyd etmişdir ki, TÜRKSOY xalqlarımız barədə daha çox iş görə bilər. Abay Kunanbayevin 150, Əmir Teymurun 660, Füzulinin 500 illik yubileyi kimi əlamətdar hadisələr bu fonda önəmlidir”.

O əlavə edib ki, diaspor gənclərinin Azərbaycana gəlişi tarixi bir vaxta təsadüf edir: “Siz tarixi bir zamanda Azərbaycandasınız. Bəlkə də 200-300 il ərzində Azərbaycan ilk dəfə ərazilərinin tam suverenliyini bərpa edib. Məhz belə bir ərəfədə türk dünyasının gəncləri Azərbaycandadır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90