Füzulidə AĞIR QƏZA – 2 yaşlı uşaq ÖLDÜ  

image-6backend
image-ad_qayo_720x110px

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

Busaat.az xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki