Gəlinini güllələyən 88 yaşlı kişi xəstəxanada öldü

image-1638967008_xestexanasekilbackend

Ötən gün gəlinini güllələdikdən sonra intihara cəhd edən 88 yaşlı şəxs xəstəxanada ölüb.

Busaat.az APA-ya istinadla xəbər verir ki, Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, oktyabrın 19-da saat 9 radələrində Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Gülnarə Dadaşovanın ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki