Məzmuna keç
  • Azeri Light126.00 $▲0.00%
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 728 $▲0.39%
  • Ethereum2 259 $▲0.27%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Mədəniyyət

Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar

image-c040b8e33fe54127b23f1e8720b81862
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Xalq artisti, böyük sənətkar Mövsün Sənaninin doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Möhsün Sənani 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. Onun 5 yaşı olanda valideynləri dünyasını dəyişib. O, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi onu mədrəsəyə qoyur. Nənəsinin məqsədi nəvəsini mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin səkkiz yaşı olanda nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür.

Molla Zinyət Azərbaycanın Xalq artisti Əli Qurbanovun anası olub. O, Sənaninin oxuması ilə şəxsən məşğul olur. Ancaq Zinyət xanımın kasıb olur. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir, Şeytanbazarda gürcü dostunun atasının “Vano dayı” adlı tramvay parkında fəhlə işinə düzəlir.

***

İlk dəfə on dörd yaşında səhnəyə çıxıb. 15 yaşında Tiflisdəki Azərbaycan truppası ilə birgə iki dəfə İstanbula qastrola gedib.

Mövsün Sənani Çəmbərəkənddə yaşayıb. Aktyorun evinə yaxın olan dayanacağa xalq arasında “Mövsün Sənani ostanovkası” deyirmişlər.

***

Gözəl səsi olub. Xalq mahnılarını, muğamları oxumağı çox sevərmiş. Hətta rejissorların etirazlarına baxmayaraq səhnədə muğamlar ifa edirmiş.

1937-ci ilin ən pis vaxtlarında teatrda iclas keçirilir, Mövsün Sənani, Mirzəağa Əliyev və o Şəmsi Bədəlbəylini xalq düşməni kimi işdən azad edirlər. Ondan sonra hər gün güllələnmək və Sibirə sürgün olunacağı qorxusu ilə evində qalmayan aktyor hər gün növbə ilə qohumlarının evində yaşamalı olur. Lakin, bir neçə aydan sonra yenidən iclas çağırılır və hər üç nəfər təmiz adam kimi işə yenidən qəbul olunurlar. Mövsün Sənani həmin günlərin xofunu bütün həyatı boyu yaşadığını və unutmadığını deyirmiş.

“Dağlarda döyüş” filminə Mövsün Sənani ilə yanaşı gəlini diktor Ofeliya Sənani də çəkilib. Film Nalçikdə çəkilən zaman gəlini ilə yanaşı otaqda qalan aktyor Ofeliyanı onunla tərəf müqabili olan Şahmar Ələkbərova qısqanırmış. Ofeliya Sənaniyə tapşırırmış ki, onun icazəsi olmadan, o, çəkiliş meydançasına dəvət etmədən otağından bayıra çıxmasın. Çəkiliş meydançasında isə Şahmar Ələkbərovla Ofeliya Sənaninin hissələri çəkiləndə onların əl-ələ tutmasını görüb əsəbiləşib və Şahmar Ələkbərova deyib ki, olmaz ki, sən onun əlindən tutmayasan, qaça-qaça gələsiniz.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79722