Bu günlərdə Qanun Nəşriyyatı tərəfindən olduqca maraqlı bir kitab işıq üzü görmüşdür. “Qırmızıdan bənövşəyiyə” adlanan bu kitabın müəllifi gənc yazar Zərintac Rəncibəridir.
Kitabda öz saf, pak və ülvi hisslərini özünəməxsus tərzdə ifadə edən müəllifin şeir və esseləri toplanmışdır. Bu əslən Güney Azərbaycandan – Təbrizdən olan müəllifin ilk kitabıdır.
Zərintac Rəncibəri Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. İxtisasca mühəndis olsa da, onun həmişə ədəbiyyata, poeziyaya xüsusi marağı olmuş, hələ uşaq yaşlarından başlayaraq şer və esselər yazmışdır. 2017-ci ildə Mahmud Kaşğari fondunun “San yarlığı” mükafatına layiq görülmüşdür. Yeri gəlmişkən, Zərintac Rəncibəri bu mükafata layiq görülmüş ən gənc şairə olmuşdur.
İlk kitabının işıq üzü görməsi münasibətilə gənc şairə Zərintac Rəncibərini təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları diləyirik!