Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft102.72 $▼2.45%
  • WTI neft95.00 $▼2.14%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.849 $▼1.21%
  • Qızıl3 950 $▲0.43%
  • Gümüş49.40 $▼0.39%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda591.75 ¢▼2.23%
  • Bitcoin76 255 $▼1.39%
  • Ethereum2 247 $▼1.09%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Siyasət

General Ermənistanla sərhəddə - Fotolar

image-dsx
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb. 

Busaat.az xəbər verir ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edib. O, bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıl­masının davam etdirilməsi, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlamasını qeyd edib.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olublar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazan­xana komp­leksi, silah və təminat anbarları var. Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılıb, su xətti çəkilib . Ərazidə sıra meydanı yaradılıb, abadlıq işləri həyata keçirilib,  ağaclar əkilib.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.

 






MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=65896