Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.46 $▼0.34%
  • WTI neft101.86 $▲0.51%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.016 $▼1.57%
  • Qızıl4 066 $▲0.25%
  • Gümüş53.91 $▼0.37%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 230 $▼0.02%
  • Ethereum2 357 $▼0.01%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
  • USD1.7000
  • EUR1.8987
  • 100 RUB2.1036
  • GBP2.2674
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6549
  • 100 KZT0.3760
  • UAH0.0372
  • 100 JPY1.0788
  • CHF2.0540
Gündəm

“Gərək gənc icra başçılarının ətrafındakı qocalar onlara işləməyə imkan versinlər”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi ölkə başçısının sərəncamı ilə Mirhəsən Seyidov Neftçala rayon İcra Hakimiyyətinin, Nahid Bağırov isə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi cəmiyyətdə maraqla qarşılandı. Qeyd edək ki, yeni icra başçılarının birinin 30, digərinin isə 40 yaşı var.

Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov gənclərin irəli çəkilməsinin təqdirəlayiq hesab etdiyini və onlardan müsbət gözləntilərinin olduğunu bildirdi:

“Azərbaycanda otuz yaşlı gəncin icra başçısı seçilməsi maraqla qarşılandı, mən xatırlamıram ki, bu günə kimi kimsə bu yaşda bizdə icra başçısı olub. Köhnə metodlarla ölkəni idarə etmək olmaz, yeniliyə ehtiyac var və bunun da artıq nəticələrini görürük. Otuz yaşlı gəncin icra başçısı seçilməsini alqışlayıram, amma gərək onun ətrafındakı qocalar ona işləməyə imkan versin. Qaldı ki, gənclərin vəzifəyə gəlməsi, qocalardan yaxşıdı, onlar yekəxana olmayacaqlar. Düşünürəm ki, dövlət də onlara daim nəzarət edəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=5372