Gimnaziya direktoru işdən çıxarıldı

image-img_5086backend

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

Busaat.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli müvafiq əmrinə əsasən, müəssisənin direktoru Babayeva Taliə Akif qızının əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar ediləcək nöqsanlara görə isə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görüləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki