Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.84 $▼1.50%
  • WTI neft87.18 $▼1.31%
  • Avropa qazı (TTF)86.58 €▼4.81%
  • Təbii qaz (ABŞ)3.158 $▲0.00%
  • Qızıl3 866 $▼0.11%
  • Gümüş47.06 $▼0.56%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda590.00 ¢▲0.55%
  • Bitcoin64 918 $▼0.61%
  • Ethereum1 836 $▲0.06%
  • S&P 5007 497▼0.85%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Gömrük Komitəsinin sabiq vəzifəli şəxsi rüşvəti necə alıb? - DETALLAR

image-1683873340_40b08b44e8deaf8cd7af5a5e7876c9c71590138226_rusvet-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rüşvət almaqda təqsirləndirilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşı Cavid Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, o, dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət alıb.

Aparılan istintaq zamanı müəyyən olunub ki, C.Məmmədov 2017-ci ildə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilib, 2020-ci ildə isə Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru vəzifəsinə təhkim olunub.

Belə ki, o, həmin vəzifədə işləyərkən 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Azərbaycanın Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şəriflinin idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə həmin şəxsdən 40 manat məbləğində pulu rüşvət qismində alaraq onu buraxıb.

Bundan başqa, C.Məmmədov həmin vəzifədə işləyərkən, İlham Əsgərovdan 11 min 500 ABŞ dolları pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirtməyə köməklik göstərdiyi üçün 600 manat pul alıb.

C.Məmmədov təkrarən İ.Əsgərovun ümumilikdə 11 min 500 ABŞ dolları məbləğini ölkə kənarından keçirməsinə göz yumaraq ondan 400 manat rüşvət alıb.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. C.Məmmədova Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109406