Goranboyda evdən 37 yaşlı kişi meyiti aşkarlanıb.
Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü T. Namazovun meyitini vanna otağında yaxınları aşkarlayıb. Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.