Goranboyda silah-sursat aşkarlandı

image-a78d3884-b6e3-3aed-8a0e-51d9ed0f38f9_850backend

Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub.

Busaat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Sözügedən əraziyə baxış keçirilən zaman oradan 4 ədəd BP5, 6 ədəd F-1 əl qumbaraları, 200 ədəd 7,62 mm-lik SVD patronları, 1 ədəd Kalaşnikov markalı avtomat, 5 ədəd avtomat darağı və 287 ədəd 7,62 mm-lik avtomat patronu aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki