Gülər Mübariz: “İctimai fəallıq hər bir ali təhsil alan tələbənin mənəvi tələbatının məhsuludur”

image-222backend

Dəyərlər insanın peşə seçimində, təhsil sahəsində, bir sıra arzuolunmaz halların qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Müasir psixologiya üçün aktual olan dəyərlər və onların tələbə şəxsiyyətinin formalaşmasına təsiri çoxcəhətli və kompleks bir məsələdir. Bu məsələnin araşdırılması tələbə gənclərin ailədə və sosial mühitdə özlərinin fərdi, intekllektual və terminal dəyərlərini müqayisə etməsinə, xüsusilə özlərinin rəftar və davranışlarını tənzimləməyə kömək edər. Dəyərlər insanların şəxsiyyətini xarakterizə etməklə, onlardakı davranış tərzini, hisslərini və təfəkkürünü formalaşdırıb idarə edirlər. İnsan dəyərlərin köməyi ilə özünün və başqalarının davranışına qiymət verir, fikirlərini əsaslandıra bilir və hərəkətlərini tənzimləyir. Qeyd etmək lazımdır ki, dəyərlərin təşəkkülü həm də şəxsiyyətin psixoloji statusunun göstəricilərindən biri olub onun formalaşmasını şərtləndirir. Sözsüz ki, bu formalaşma da ən çox gənclik illərində baş verir. Tələbəlik həyatı da məhz gənclik illərinə təsadüf edir.

Busaat.az olaraq bu dəfə təhsil sahəsində, xüsusilə də ali təhsil ocaqlarında milli-mənəvi dəyərlərin təbliği və bu dəyərlər sistemində şəxsiyətləşmənin yetərli olub-olmamasını araşdırmağa çalışdıq.

Ekspert Gülər Mübariz hesab edir ki, gənclərin emosianal cəhətdən aktivləşdirilməsi mürəkkəb bir problemin – gənclərin mənəvi inkişafının ayrılmaz tərkib hisəsidir: «Bu eyni zamanda tələbə gənclərin dəyərlər sisteminin formalaşmasında da önəmli əhəmiyyətə malikdir. Xarici ölkə alimləri ilə yanaşı Azərbaycan tədqiqatçıları da bu məsələlərə dəfələrlə toxunublar və münasibətlərini bildiriblər. Məlumdur ki, insanın fəallığı onun şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biridir. Bu əsasən müəyyən tələbat və motivlərlə bağlıdir. Müasir dövr üçün gənclərin bu xususda fəaliyyəti önəmlidir». Gülər Mübariz «Bu gün fəal olmamağın səbəbi ,görəsən,nədir?»-sualımıza cavabında isə bildirib ki, bunun obyektiv və subyektiv səbəbləri vardır: «İctimai fəallıq hər bir ali təhsil alan tələbənin mənəvi tələbatının məhsuludur. Tələbat tarixən təşəkkül tapmış ictimai maraqlar, məqsəd, hazırlıq və motivlər vasitəsilə təsir göstərərək ictimai fəallığın təhrikedici qüvvəsini xarakterizə edir.
İnsan özünü dərk etdikcə, özünü düzgün qiymətləndirdikcə şəxsiyyət kimi göstəriciləri daha qabarıq görünür. Insan özünü və ya başqalarını qavradıqca özünü onlarla müqayisə edir, özünə kənardan nəzər salır, özünü təhlil edir. Şəxsiyyətin özünüdərketməsi və özünüqiymətləndirməsi onun elmi dünyagörüşündən, əqidə və inamından, keçdiyi həyat yolundan maraq və meylindən asılıdır».

Ekspert vurğulayıb ki, bütün bunlar da dəyərlər sistemi ilə bağlanır ki, bunların vasitəsilə şəxsiyyət özünü təhlil edir. “Dəyər bir predmetin xassəsi, insanların arzu və tələbatlarının ödənilməsidir. Yaşadığımız dövrdə insanların dəyərlər sisteminə xeyir və şər,həyatın məqsədi və mənası haqqındakı təsəvvürləri də daxil ola bilər.Düşüncə tərzində dəyərlərin düzgün formalaşmasında hər kəsin bəlli bir payı vardır.Milli və mənəvi dəyərlərimizin qorunub saxlanılması ilk öncə bizlərin borcu,daha sonra isə günümüzdən gələcəyə doğru formalaşan gənc şəxsiyyətlərin amalı olmalıdır.”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki