Məzmuna keç
  • Azeri Light126.00 $▲3.04%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 187 $▲0.01%
  • Ethereum2 238 $▼0.12%
  • S&P 5007 580▼1.83%
18°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Sağlamlıq

"Gün qripi" nədir? Əlamətləri nələrdir? - Terapevtdən AÇIQLAMA

image-img_4079
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yay aylarında insanların şikayətlərindən biri də el arasında “gün qripi” kimi adlanan xəstəlikdir.

Bəs görəsən “gün qripi” nədir? Əlamətləri nələrdir?

Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, gün qripi deyilən bir xəstəlik əslində yoxdur.

image-fotojet-2022-12-08t095309_826

Qrip simptomlarını özündə birləşdirən bir vəziyyət vardır ki, insanlar yay aylarında buna yoluxurlar və gün qripi deyə adlandırırlar.

S.Hacıyev qeyd edib ki, əslində bunun tibbdə adı allergik rinitdir və allergik xəstəliklər sinifinə aiddir.

Onun sözlərinə görə, yaz-yay aylarında ağacların, güllərin, kolların tozcuqlanması baş verir ki, bu da nəticədə bizim selikli qişamıza, xüsusilə üst tənəffüs yollarına yəni burun və ağız boşluğuna dolaraq həmin selikli qişaların qıcıqlanmasına, ödemlənməsinə, sulanmasına, gözlərdə yaşarmays, qaşınmaya, asqırma daha ağır hallarda isə öskürək, hətta səsin batmasına qədər gətirib çıxara bilər:

“Eyni zamanda tək ağaca, bitkilərə deyil, günəşin şüalarına da bir çox insanlarda allergik reaksiyalar ola bilər. Bu tam dəridə olmasa da bəzən tənəffüs yollarında özünü biruzə verir. Buna görə qrip simptomlarını özündə birləşdirir və insanlar buna iltihabi xəstəlik kimi baxırlar. Bəzən də yalnışlıqla virus əleyhinə və ya antibiotik terapiyasını qəbul etmiş olurlar”.

Differensial diaqnostika apararaq bu bu xəstəlikləri bir-birindən ayırmağın mümkünlüyündən danışan terapevt nəzərə çatdırıb ki, allergik rinit xəstəliklərində hər hansı bir qızdırma, bədəndə kəskin ağrılar xüsusən də baş ağrıları olmur. Daha çox qaşıntı, burun axmaları, gözlərdə qaşıntı, sulanma, qızarmalar kimi simptonlar özünü göstərir. Qrip simptonlarında isə birinci növbədə hərarət özünü göstərmiş olur:

“Lakin bəzi hallarda bu simptonlar bərabərdə olmuş ola bilir. Yəni bəzən insanlar virus infenksiyasına yoluxa bilir, eyni zamanda həmin insanda allergik xəstəlikdə ola bilər. Bu zaman virus infeksiyası bilavasitə həmin allergik prosesi ağırlaşdıra bilər. Buna görə belə hallarda mütləq həkimə müraciət etmək lazımdır”.

Ariz Həsənoğlu

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=144142