Busaat.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç – yaradıcılıq potensialınız yüksəkdir. Gözəlliyə can atın. Yaşamınızda dəyişikliklər etmək istəyirsinizsə, əlverişli zamandır. Axşam saatlarında ifrat yorğunluq hiss etməyəcəksiniz.
Buğa – uğurun sirri yaxın ətrafınızdakı insanlarla dil tapmaqdadır. Çalışdığınız, birgə fəaliyyətdə olduğunuz insanları aqressiv münasibətlə incitməyin. Rəqiblərdən birini müttəfiqə döndərə bilərsiniz.
Əkizlər – ailədəki münaqişəni həll etməyə, yaxınlarınızla ünsiyyətinizdəki problemləri həll etməyə çalışın. Günün ikinci yarısında yaxşı xəbər alacaqsınız. Bu məlumata bütün ailə sevinəcək.
Xərçəng – qısamüddətli səfərlər və ya romantik görüşlər üçün əlverişli zamandır. Kommersiya fəaliyyətində irəliləyiş olacaq. Alış-verişdə bədxərclik etməyin.
Şir – günün ilk yarısında mühüm və ya mürəkkəb işə başlamayın. Planlardan kənara çıxmayın, nəzərdə tutduğunuz işi yerinə yetirin. Fiziki və mənəvi resursları bərpa edin.
Qız – yaşam potensialının səviyyəsi artır. Enerji axınını hiss edəcəksiniz. Günün ikinci yarısında yeni layihə və ya işə başlamaq olar.
Tərəzi – çətin və təbəddülatlı gündür. Şərtlər o qədər də əlverişli deyil. Situasiyaya süni təkan verməyin, hadisələrin məcrasını dəyişməyə can atmayın. Yeni ideyalar var. Onlardan bəzilərinin reallaşması sizə yaxşı pul qazanmaq imkanı yaradacaq.
Əqrəb – mənfi emosiyaların təsiri güclənəcək. Psixoloji diskomfort hissi yaranacaq. Nigarançılıq, təlaş, narahatlıq ola bilər. Kiçik problemlərə kəskin reaksiya verməyin. Ən cüzi nöqsanlar sizi təbdən çıxarmasın. Axşam saatlarında əhvalınız yüksələcək.
Oxatan – günün ilk yarısı uğurlu olacaq. Daha çox iş görmək üçün səhər saatlarından aktiv çalışmağa başlayın. Qəfil, amma xoş vizitlər ola bilər. Arzuladığınız məkana və ya tədbirə dəvət aba bilərsiniz. Zahiri görünüşünüzün yaxşı olmasına çalışın.
Oğlaq – ciddi problemlər, ağır fəsadlı olaylar olmayacaq. Kəskin məqamları aradan qaldırın, naqolay situasiyalardan çıxın. Kosmetik prosedurlar üçün axşam saatları əlverişlidir. Normal istirahət etməyə çalışın. Ailə üzvləri ilə qayğıkeş olun, səmimi davranın.
Dolça – birmənalı olmayan gündür. Çoxlu görüşlər olacaq. Təmaslar arasında əsla sevmədiyiniz, hətta nifrət etdiyiniz insanlarla ünsiyyət olacaq. Neqativ emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizin əsiri olmayın.
Balıqlar – qeyri-formal şəraitdə xoş görüş üçün münasib zamandır. Çoxdan bəri görmədiyiniz dostlar və ya tanışlarla görüşə bilərsiniz. Bir zamanlar romantik əlaqədə olduğunuz insanla münasibəti bərpa edə bilərsiniz.
Milli.Az