Gürcüstan NATO-nu saxtakarlıqda ittiham edib.
Busaat.az xəbər verir ki, bunu parlament çoxluğuna daxil olan Gürcüstanın “Xalqın Gücü” partiyası bildirib .
Bildirilib ki, NATO Gürcüstanı hərbi-siyasi blokun razılaşmasının qeyri-dəqiq tərcüməsi ilə aldadıb.
“Əsl nizamnamədə hər bir ölkənin hərbi yardımdan istifadə edib-etməmək barədə qərar verməsi ilə bağlı əsas müddəa tərcümədə itib”, – siyasi assosiasiyanın bəyanatında deyilir.
Tərcümənin gürcü dilindəki variantında deyilir ki, NATO üzvü hücuma məruz qalacağı təqdirdə bütün dövlətlər hərbi qarşıdurmaya qoşulmağa və müttəfiqi təcavüzdən qorumağa borcludurlar.