Gürcüstan Prezidenti: Bidzina İvanişvilinin statusu qeyri-müəyyəndir

image-zubabackend

Gürcüstan prezidenti Salome Zurabişvili şənbə günü ilk dəfə olaraq milyarder və “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin siyasətdən getməsinə baxmayaraq, ölkədəki vəziyyətə hələ də təsir edə biləcəyini açıqlayıb. Bundan əvvəl Zurabişvili bu suala cavab verməkdən yayınmışdı.

Busaat.az xəbər verir ki, Gürcüstan prezidenti Pirveli televiziyasına müsahibə deyib:

“İvanişvilinin hökumətdən rəsmən getməsindən sonra onun statusu bu gün çox qeyri-müəyyəndir. Əsas qərarların harada qəbul ediləcəyi ilə bağlı sual kənardan eşidilir. Mən inanıram ki, bu hiss və ya sual Gürcüstan cəmiyyətində də var”.

Gürcüstan prezidentinin fikrincə, belə suallar yarananda bu, özlüyündə siyasi sistem üçün pisdir, çünki xalq bilməlidir ki, məsuliyyət mərkəzi haradadır, qəbul edilən qərarlara və ritorikaya görə kim cavab verəcək.

Zurabişvili deyib ki, o, İvanişvili ilə görüşməyə çalışıb və “Gürcüstan siyasətinə daha çox aydınlıq gətirmək” üçün bu görüşün baş tutmasını istəyir.

“Xaricdən çoxlu mesajlar var ki, İvanişvili başdırsa, başa düşməli və qulaq asmalıdır…”, – deyə Gürcüstan prezidenti əlavə edib.

Teleproqramın aparıcısının Bidzina İvanişvilinin oliqarx olub-olmaması ilə bağlı sualına Salome Zurabişvili belə cavab verib: “Bəlkə də, bəli… o mənada ki, onun pulu, mediaya təsiri, siyasətə təsiri var. İvanişvilinin məsələsi oliqarxiyadan daha böyükdür. Biz mühüm qərarların harada qəbul edildiyini, bu qərarların necə dəyişdirilə biləcəyini və ya onlara necə təsir göstərə biləcəyini anlamalı və bilməliyik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90