Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.51%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Gürcüstanın baş naziri: "Ölkə prezidenti ilə aramızdakı minimal inam da itib"

image-irakli-qaribasvili
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Prezident Salome Zurabişvili ilə hətta aramızdakı minimal inam da itib”.

Busaat.az xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, buna əsas səbəb Gürcüstan dövlət başçısının hökumətin öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatları və rəsmi Tbilisinin Avropa İttifaqına namizəd ölkə statusuna layiq olmadığını söyləməsidir: “İmpiçmentə gəlincə isə onu deməliyəm ki, kimsə konstitusiyanı pozursa, cavab mütləqdir”.

Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim “Gürcü Arzusu” Partiyası imzatoplama kampaniyasına başlayıb. S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Müxalifətin dəstəyi olmadan “Gürcü Arzusu” və “Xalq Gücü” hərəkatının üzvlərinin təmsil olunduğu parlament çoxluğu impiçment prosedurunu başa çatdıra bilməyəcək, çünki ən azı 100 səs lazımdır və çoxluğun hazırda cəmi 83 üzvü var.

Hakim partiya Zurabişvilini Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozmaqda ittiham edib (Prezidentin xarici əlaqələrdə nümayəndəlik funksiyalarını yalnız hökumətin icazəsi ilə həyata keçirmək hüququ var).

Oktyabrın 3-də Zurabişvilinin impiçment məsələsinə baxılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123547