
Qaribaşvili: "Torpaqlarımızın 20 faizi hələ də Rusiyanın işğalı altındadır"
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan ərazisinin 20 faizi Rusiyanın işğalı altındadır.
Busaat.az xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçirilən 78-ci Baş Assambleyasının iclasında deyib.
Çıxışının əvvəlində Qaribaşvili ölkəsinin yaşadığı ərazi bütövlüyü problemlərinə toxunub və izah edib ki, bu çətinliklərə baxmayaraq, onlar Gürcüstanın inkişafı üçün səmərəli fəaliyyətlərini davam etdirirlər.
Rusiyanın 2008-ci ildə Gürcüstana hücum etdiyini deyən Qaribaşvili ölkəsində yüz minlərlə insanın didərgin düşdüyünü bildirib.
“Gürcüstan ərazisinin 20 faizi hələ də Rusiyanın işğalı altındadır”, – o, deyib.
Qaribaşvili beynəlxalq tərəfdaşları qoşunlarını Gürcüstandan çıxarmaq və Cenevrə danışıqlarına qayıtmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.























