Gürcüstanda yoluxma sayında yeni rekord qeydə alınıb

Gürcüstanda yoluxma sayında yeni rekord qeydə alınıbbackend

Gürcüstanda son 24 saat ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

Busaat.az xəbər verir ki, daha 1 595 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 22 min 803-ə çatıb.

Sutka ərzində daha 6 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 178-ə çatıb.

Ümumilikdə sağalanların sayı isə 9 min 401 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90