"Hәddini bil. Heç kim köməyinə çata bilməz''- Ərdoğan yunan liderini hədələdi
Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan partiyasının parlamentdә keçirilәn qrup iclasında Türkiyә ilә Yunanıstn arasındakı problemlәrin hәlli mәsәlәsindә görüşә bilәcәklәrini söylәdiyini ifadә edib.
Busaat.az xəbər verir ki, Rәcәb Tayyib Әrdoğan Kiriakos Miçotakisә sәrt reaksiya göstәrib
Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan partiyasının parlamentdә keçirilәn qrup iclasında Türkiyә ilә Yunanıstn arasındakı problemlәrin hәlli mәsәlәsindә görüşә bilәcәklәrini söylәdiyini ifadә edib.
Yunanıstan Baş nazirinә müraciәt edәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Görüşә bilәrәm deyirәm Miçotakis bәyanat verәrәk meydan oxuyur. Sәnin bu bәyanatından sonra biz necә bir araya gәlәcәyik? Әvvәla hәddini bil. Әgәr bilmәsәn müzakirә masasından ilk sәn qaçmış olacaqsan. Sәn bәzi dağlara etibar edirsәn. Etibar etdiyin dağlara qar yağdı. Heç birinin sәnә faydası olmaz”.
Rәcәb Tayyib Әrdoğan bildirib ki, Türkiyә Kıbrısdakı türklәrin adada yarım əsrdir davam edən çıxılmaz vəziyyətin qurbanı olmasına icazә vermәyәcәk. Yunan vә Rum tәrәfinin açıqlamalarına baxdıqda Kiprdәki türklәri saymayan mövqelәrindә heç bir dәyişiklik olmadığını görürük.





