Hakimiyyət korrupsiyaya görə Qarabağda 3 hava limanı tikir? – Bunu deyənlərə SİLLƏ kimi CAVAB

image-hava-limani-700x403backend

Lütfən, bəzi marginallara da çatdırın – siyasi və hərbi-strateji qərarlar ağıl, düşüncə və analitik qabiliyyət tələb edir. Dünyada istənilən hava limanının öz qoruma sistemi olur. Əvvəl strateji yerdə hava limanı tikirsən, sonra onun ətrafında təhlükəsizlik infrastrukturu qurursan. Özü də elə qurursan ki, tək hava limanını qorumaq üçün olmur. Formal tələb lazımdır elə hərbi-təhlükəsizlik altyapısı qurmağa. O tələb həm də Qarabağdakı hava limanları olur-olacaq”.

Busaat.az xəbər verir ki, bu barədə “REAL”ın icra katibi Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb: “Əliyev qaçmaq üçün özünə hava limanları tikir”, – deyən, bu fikri bəyənən, tirajlayan “təkhüceyrəli” kiçik marginal qruplar belə düşünə bilməzlər, çünki onların dərdi hakimiyyətə gəlmək deyil, buna şans və bacarıqlarının olmadığını özləri də bilir, sadəcə siyasi klounada ilə məşğuldurlar, xalqın özgüvənini zədələməyə çalışırlar. Daha bir önəmli məqam isə odur ki, vətəndaş hava daşımaçılığı ilə məşğul olan limanlar legitim hərbi hədəf ola bilməz. Bu, beynəlxalq cinayətdir! Əgər sabah düşmən ora bir güllə atsa, bizim 1000 dron uçurmaq haqqımız doğur”.

Natiq Cəfərli: “Bu, ilkin müjdədir ki, yaxın vaxtda elektrik enerjisinin də qiyməti qalxacaq” - BBC News Azərbaycanca

Natiq Cəfərli “hakimiyyət korrupsiyaya görə Qarabağda 3 hava limanı tikir” tezisinə belə aydınlıq gətirib: “Bəli, bu günə qədər Lənkaranda, Qəbələdə tikilən hava limanları korrupsiya layihəsi olub, rentabelli deyil, çünki hakimiyyət həm də inhisarçılığı təşviq edir, ucuz uçuşlar həyata keçirə biləcək şirkətləri bazara buraxmır ki, AZAL pul qazansın. Amma, bəyəm başqa pul yemək üçün daha asan üsullar yoxdurmu ki, hava limanı kimi çətin layihədən pul yesinlər?! Və ya büdcəyə nəzarət edə bilirikmi ki, başqa sahələrdə yeyilən pulların qarşısını ala bilək?! Bu gün elə büdcədən birbaşa ciblərinə qoysalar da, buna müqavimət və nəzarət yoxdur. Onda nədən daha çətin yol seçib Qarabağda və Şərqi Zəngəzurda 3 hava limanı tiksinlər ki?! Deməli, bu hava limanlarının təyinatı, məqsədi başqadır. Bunu anlamaq bu qədərmi çətindir?!  Biz isə gələcək hökumət kimi düşünməyi, davranmağı, analiz etməyi məşq edirik. Bu, mütləq lazım olacaq, bəzi marginal adamlara isə imkan verək ki, çox və boş danışaraq özlərini rüsvay etməyə davam etsinlər”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90