Əli Əsədov bu gün iclas keçirdi – Fotolar

image-esedovbackend

Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Busaat.az xəbər verir ki, iclasın gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələ üzrə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
DSC 9471.JPG
DSC 9418.JPG
DSC 9456.JPG


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki