“Təmiz penalti idi” – “Qarabağ”ın qapıçısı

image-670926120_18588109438057914_3832830225930300003_nbackend

“Qarabağ”ın qapıçısı Fabian Buntiç ötən gün Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçdakı hakim idarəçiliyindən danışıb.

Busaat.az xəbər verir ki, təcrübəli qolkiper son dəqiqələrdə baş hakim Rəvan Həmzəzadənin ağdamlıların penaltisini vermədiyini bildirib: “Burada, ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi”.

O, matçdan sonra baş verən qalmaqal barədə isə bunları deyib: “Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki