Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.44 $▼0.36%
  • WTI neft101.94 $▲0.59%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.029 $▼1.14%
  • Qızıl4 081 $▲0.61%
  • Gümüş54.04 $▼0.13%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 365 $▲0.70%
  • Ethereum2 363 $▲0.67%
  • S&P 5007 744▲0.27%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

“Hansısa icra başçısı nöqsanlara yol verir” - Vahid Əhmədov

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən icra başçılarına daha bir xəbərdarlıq edib. Ölkə başçısı qeyd edib ki, əvvəlki dövrlərdə şəhərsalma qaydaları bəzi hallarda kobudcasına pozulurdu:

 

“Bakının müxtəlif yerlərində tarixi keçmişimizə zidd olan, heç bir memarlıq standartına uyğun olmayan yöndəmsiz və eybəcər binalar tikilirdi. O binalar elə tikilirdi ki, həm ümumi mənzərəyə ziyan vururdu, həm də orada heç bir şəhərsalma əmsalı nəzərdə tutulmurdu”.

 

Beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a deyib ki, Prezident tərəfindən icra başçılarına xəbərdarlıq dəfələrlə olub.

 

“Hələ Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev olanda da, belə xəbərdarlıq var idi. Sədr tərəfindən də bununla bağlı sərəncam imzalanmışdı. Dövlət başçısı göstəriş verdi ki, Komitənin icazəsi olmadan heç bir yerdə tikinti aparıla bilməz. Bütün işlər Komitəylə razılaşdırılmalıdır. İcra başçıları hazırda Komitə ilə razılaşdırma aparırlar.

Bu yaxınlarda rayonların birində özüm şahidi oldum ki, Komitədən icazə alınmadan tikintiyə icazə verilmədi.

Məsələ müəyyən qədər nizamlanıb. Ola bilər hansısa icra başçısı nöqsanlara yol verir. Mənim aldığım məlumata görə, bizim regionda  – Qubada buna riayət olunur”, – deyə deputat bildirib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=1659