Haqqın yerini tutduğu, ədalətin bərpa olunduğu gün

image-2b5101a6-625a-4ee9-82ab-6d959bcf5e47backend
2023 cü il sentyabr ayında 1 günlük antiterror əməliyyatı nəticəsində geri qazandığımız torpaqlarda bu gün möhtəşəm tədbir; Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının oyunu keçirildi.
Qalib ölkənin təkcə hərbi deyil hər sahədə qələbə sevincini yaşamaq hüququ var.
Möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse Prezidenti Mehriban Əliyeva şəhid övladları ilə birlikdə iştirak edirdilər.
“Əziz dostlar, Xankəndiyə xoş gəlmişsiniz” sözləri ilə tədbiri açan möhtərəm prezidentimiz tarixi missiyasını yerinə yetirərək bütün Azərbaycan torpaqlarının azad olunmasına rəhbərlik etdi.
Erməni separitizminin mərkəzi olmuş tarixi şəhərlərimizin azad olması və burada bu idman matçının keçirilməsi böyük tarixi məna daşıyır. Bölgədə əminamanlığı qaranti kimi çıxış edən İlham Əliyev bütün dünyaya sübüt etdi ki, haqq ədalət öz yerini tuta bilər. Qalib xalq hissini bizlərə bəxş edən prezidentimiz öz çıxışında çox gözəl məqamı diqqətə çatdırdı: oyunun nəticəsindən asılı olmayaraq qalibin Azərbaycan xalqı olduğunu, Qarabağ-Ordu-Xalq birliyinin bir rəmzinə çevrildiyini qeyd etdi.
Möhtərəm prezidentimiz 15 Oktyabrda Azərbaycan bayrağını Xankəndində ucaltdı. 8 Noyabrda Zəfər paradına rəhbərlik etdi. İdman yarışları sülhün, əminamanlığın, bərqərar olduğu yerdə keçirilir. 30 il işğal altında qalmış torpaqlarımıza qayıtmağımızın səbəbkarları- şəhidlərimizin övladları, bizə əmanətləri bu idman bayramını daha da  etdilər. Dünya durduqca bu torpaqlarda Azərbaycan bayraqları əbədi dalğalanacaqdır.
Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtlə” deyənlər hardasınız ? layiq olduğunuz yerdə, məğlublar sırasında. Özgə torpaqlarından vətən olmaz, gec-tez öz övladlarını qoynuna alacaqdır! Ali Baş Komanımızın şanlı ordumuza və xalqımıza rəhbərlik etdiyi dövrdə nümayiş olunan həmrəylik və birlik öz bəhrələrini verdi. İşğaldan azad olunmuş torpaqlarımıza qayıdış möhtəşəm oldu.
Bizim məqsədimiz xalqımızın hami ilə sülh içində yaşamaq arzusunu dünyaya nümayiş etdirməkdir. Aparılan abadlıq işləri, köçkünlərin və ev-eşiklərinə qayıtması prezidentimizin və dövlötimizin həmişə xalqın yanında olduğunun bariz nümunəsidir. Gələcəkdə Xankəndi, Xocalı, Ağdam, Şuşa şəhərləri möhtəşəm beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcəklər.
Beynəlxalq ictimaiyyət nəhayət ki qəbul edəcək ki, Azərbaycan xalqının öz haqlı ədalətli mübarizəsində qalib gəlməsi qaçılmaz idi. 21 dekabr Xankəndində baş tutan bu gözəl idman bayramı Prezidenti İlham Əliyevin hər bir sahədə xalqının yanında olduğunu nümayiş etdirdi. Elm, mədəniyyət, idman sahəsində əldə etdiyimiz nailiyyətlər şəhidlərimizə ithaf ediləcək.
Yaşasın azad Azərbaycan! Qarabağ Azərbaycandır!
İlyas Əfəndiyev adına Elitar gimnaziyanın
          tarix müəllimi Novruzova Sevinc
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki