Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.35 $▼2.02%
  • WTI neft86.60 $▼1.97%
  • Avropa qazı (TTF)84.80 €▼6.76%
  • Təbii qaz (ABŞ)3.147 $▼0.35%
  • Qızıl3 880 $▲0.24%
  • Gümüş46.84 $▼1.01%
  • Pambıq81.34 ¢▲3.03%
  • Buğda587.75 ¢▲0.17%
  • Bitcoin64 193 $▼1.72%
  • Ethereum1 809 $▼1.37%
  • S&P 5007 466▼1.26%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

“Həbs edilən gündən uşağının dili tutulub”

image-koms
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Busaat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.

Prsosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.

Vəkil deyib ki, vəsatətin təmin olunmasının vacibliyi ona görə lazımdır ki, təqsirləndirilən şəxsin həbsindən sonra həyat yoldaşı infarkt keçirib və hazırda müalicə olunur. 9 yaşlı övladının isə atası həbs edilən gündən dili tutulub. Əməliyat tədbiri keçirilən gündən danışmır.Prokuror vəsatətin təmin edilməməsini, cinayət işinin baxışa təyin edilməsini istəyib.

Hakim Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti təmin etməyib.

Baxış iclası oktyabrın 30-a təyin edilib.

Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü ( təkrar külli miqdardq rüşvət alma) və 308.2-ci (vəsizfə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125559