Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft93.08 $▼2.30%
  • WTI neft86.13 $▼2.50%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.127 $▼0.98%
  • Qızıl3 868 $▼0.06%
  • Gümüş47.11 $▼0.45%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda601.50 ¢▲2.51%
  • Bitcoin64 874 $▼0.68%
  • Ethereum1 823 $▼0.62%
  • S&P 5007 452▼1.44%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Həbsdə olan sabiq icra başçısı xəstəxanaya köçürüldü

image-esasqoca
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun səhhəti pisləşib.

Busaat.az xəbər verir ki, o, cəza cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Bu barədə onun vəkili Elnur Vəliyev saytımıza açıqlama verib. O bildirib ki, sabiq icra başçısı hazırda həkim nəzarəti altındadır: “Onunla görüşəndə özünü yaxşı hiss etmədiyini dedi. Ürəyinə kardioqrama etmişdilər. Məlum oldu ki, ürəyində çat yaranıb. Bildiyiniz kimi ürəyindən bu günə kimi 3 dəfə əməliyyat olunub. Çox güman ki, yenidən əməliyyat olunacaq”.

Xatırladaq ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə 5 il 9 aya endirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87115