Helikopter qəzası ilə bağlı rəsmi AÇIQLAMA

image-abbasov-mahirbackend

Baş Prokurorluq Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopteri ilə bağlı açıqlama verib.

Busaat.az-ın xəbərinə görə, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, hadisə baş verən kimi istintaq qrupu dərhal hadisə yerinə gedib: “Burada hər hansı təxribat və kənar müdaxilə yoxdur. Araşdırma və ekspertiza rəylərindən sonra hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Fizuli Cavadov, polkovnik Emil Nəzirov, mayor Elmir Həsənov, mayor Elbrus Əhmədov, mayor Emil Mayılov, mayor Murad Məmmədov, mayor Emil Əliyev, tibb xidməti kapitanı Ceyhun Əhmədxanov, kapitan Cavid Bayramlı, kapitan Xəyyam Əliyev, kapitan Teymur Qaraisayev, leytenant  Abdulla Süleymanov, baş leytenant Fərid Nağıyev, işçi Elçin Nəbiyev həlak olub.

Hadisə zamanı polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90