HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda birbaşa raket zərbəsi nəticəsində öldürülüb.
Sosial şəbəkələrdə Tehranda raket hücumuna məruz qalan və HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl_Həniyənin öldürüldüyü iqamətgahın görüntüsü ilə bağlı video paylaşılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında SEPAH İsmayıl Həniyənin Tehranda qətlə yetirildiyini açıqlayıb. HƏMAS qruplaşması da bəyanat yayaraq hadisənin baş verdiyini təsdiqləyib.