Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 657 $▼0.13%
  • Ethereum2 225 $▼0.51%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı - Foto

image-aile7
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı – Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb.

Busaat.az xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib.

O, təxminən 1 ildir davam edən məhkəmə prosesində hər şeyin sübut olunduğunu, uşaqları geri aldıqlarını bildirib: “Məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”.

G.Abdullayeva bu məsələdə onların hüquqlarını Almaniyada yaşayan azərbaycanlı vəkilin müdafiə etdiyini sözlərinə əlavə edib.

Xatırladaq ki, valideynlər saytımıza açıqlamalarında bildirmişdilər ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Bundan sonra Almaniya tərəfi ananın bir neçə ay əvvəl xəstəxanada övladına əzab verdiyini iddia edərək övladlarının Avropadan çıxışına qadağa qoyub. Avqustun 6-sı ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Bu zaman Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.

Daha sonra Azərbaycanın Fransadakı səfirliyi məlumat yayararaq uşaqların Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarıldığını bildirmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=182901