Heratda polis bölməsini partlatdılar: çox sayda ölü və yaralı var

image-thumbs_b_c_e844bf40413f8e8a8bdcaae203f419eabackend

Əfqanıstanda terror aktı olub.

Busaat.az xəbər verir ki, Herat vilayətində partlayıcı quraşdırılmış avtomobil polis bölməsinin binasına çırpılıb.

Herat valisi Səid Vahid Katali mətbuata açıqlamasında bildirib ki, hadisə nəticəsində 8 nəfər ölüb, 53 nəfər yaralanıb.

Partlayışın şiddəti ilə ətraf ərazilərdəki evlərə ciddi ziyan dəyib.

Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen isə Talibanı ittiham edib.

Digər tərəfdən, ölkədə illərdir davam edən müharibəni sonlandırmaq məqsədilə Əfqanıstan hökuməti ilə Taliban arasında aparılan müzakirələrin ikinci mərhələsi Qətərin paytaxtı Dohada davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90