Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft105.03 $▼4.51%
  • WTI neft96.78 $▼3.97%
  • Avropa qazı (TTF)95.03 €▼8.58%
  • Təbii qaz (ABŞ)2.899 $▼0.28%
  • Qızıl3 976 $▲1.69%
  • Gümüş51.08 $▲1.98%
  • Pambıq78.04 ¢▼0.19%
  • Buğda605.50 ¢▲0.46%
  • Bitcoin77 332 $▼1.14%
  • Ethereum2 269 $▼0.12%
  • S&P 5007 627▲0.61%
15°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Siyasət

"Hərbi əməliyyatların yaxın günlərdə, yaxud həftələrdə bərpası qaçılmazdır" - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Açıqlanmış mətnlə bağlı düşüncələr. Beləliklə, atəşkəs haqqında razılıq əldə olunub. Hələlik bu, humanitar atəşkəsdir (əsir götürülmüş hərbçilərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi və mülki şəxslərin verilməsi). Atəşkəs rejiminin digər parametrlərinin gələcəkdə razılaşdırılması nəzərdə tutulur (ola bilər ki, qüvvə və vasitələrin yenidən qruplaşmasına qadağanın tətbiq edilməsi, faydasız zonanın rejiminin parametrləri, Ermənistandan ehtiyat qüvvələrin daşınmasına qadağanın tətbiqi). Danışıqlar prosesinin bərpası ehtimalına gəlincə, oradakı mətn qəti şəkildə konkret deyil. Mətndə “nizamlama prinsiplərinə sadiqliklə” bağlı razılıq var ki, bu da müxtəlif cür şərh oluna bilər…

İndi isə bir qədər mövcud vəziyyətin siyasi aspektləri barədə:

1. Status-kvo həm hərbi-taktiki, həm də siyasi cəhətdən dəyişdirilib;

2. Azərbaycan de-fakto sübut etdi ki, silahlı qüvvələrini təcavüzkara qarşı istifadə etmək iqtidarındadır və “həmsədrlərin inhisarçılığına” alternativ var;

3. Rusiya və Türkiyə güc yolu ilə öz müttəfiqlərini müdafiə etmək baxımından eyni siyasi mövqelərə malikdirlər;

4. Ermənilərə aydındır ki, Rusiya onların əvəzinə savaşmayacaq və Rusiya cəmiyyəti bu yolu qəbul etmir;

5. Rusiya “Paşinyanın Soros rejiminin” cəzalandırılmasında arzuladığı cəza səviyyəsini əldə etməyib;

Nəticələr:

1. Azərbaycan cəmiyyəti hərbi əməliyyatların dayandırılması ideyasını dəstəkləmir;

2. Ölkə rəhbərliyi bu amili inkaretmə yolu ilə getməyəcək, çünki bu, ciddi daxili siyasi böhrana gətirəcək;

3. Rusiya, hələlik Paşinyana verilən dərslərin real nəticələrini görmür və ona görə hərbi əməliyyatların bərpası təhlükəsini tam aradan qaldırmayacaq;

4. Paşinyan “böyük qələbənin” əldə olunmasında özünün rolunu göstərmək üçün reklam kampaniyasına başlayacaq ki, bu da yeni hərbi əməliyyatların başlanmasına təhrik edəcək.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hərbi əməliyyatların yaxın günlərdə yaxud həftələrdə bərpası qaçılmazdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərə verilən meyitlərin sayını açıqlayacaq. Bu, erməni cəmiyyəti üçün ŞOK olacaq. Moskva Paşinyanı yıxacaq.

Nəyə görə mətbuat konfransının iştirakçıları bu qədər çox danışdılar? Ermənistan razılaşmaları pozdu. Az danışmaq və özü az reklam etmək lazımdır.

Tofiq Zülfüqarov, keçmiş XİN rəhbəri

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20882