HİNDİSTAN HÜCUMA HAZIRLAŞIR!!!

image-img_4054backend

“Busaat.az” xarici mənbələrə istinadən xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, Pakistan Hindistanın yaxın 24-36 saat ərzində hərbi hücuma keçməyi planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatlarına malikdir. Asiyanın iki nüvə dövləti arasında gərginlik artmaqdadır.

Tarar X sosial media platformasında paylaşdığı açıqlamada, “Pakistanın Hindistanın Pahalqam hadisəsini saxta bir bəhanə kimi istifadə edərək, yaxın 24-36 saat ərzində hərbi hücuma keçməyi planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatı var. İstənilən belə təcavüz aktı qətiyyətli cavabla qarşılanacaq. Nəticələrə görə Hindistan tam məsuliyyət daşıyacaq, ifadələrini istifadə edib.

Nərmin Səmidova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki