Hindistan Qərb ölkələrinə satmaq üçün Rusiyadan neft alışını artırır – Bloomberg

image-default-30backend

Hindistan Qərb ölkələrinə satış üçün endirimlə Rusiya neftinin alışını artırır.

Busaat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik, yanvar ayında ölkənin ABŞ-a gündəlik təxminən 89 min barel benzin və dizel yanacağı tədarük etdiyini öyrənib ki, bu, analitiklərin fikrincə, son dörd ilin ən yüksək səviyyəsidir.

Bu ay Hindistan Avropa İttifaqına (Aİ) gündə 172 min barrel aşağı kükürdlü dizel yanacağı tədarük edib.

Agentliyin məlumatına görə, Yeni Dehli Qərbin məhdudiyyətlərindən sonra neft tədarükünün şokunun qarşısını almağı hədəfləyir, lakin eyni zamanda, hərəkətlər Rusiyanın enerji gəlirlərini azaltmaq siyasətinə uyğundur.

Gözlənilir ki, sanksiyalar sərtləşdikcə Hindistan dünyanın neft məhsullarının tədarük zəncirində getdikcə daha mühüm yer tutacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki