İbrahimoviç “Nyukasl”la Çempionlar Liqası matçından əvvəl “Milan”ın məşqində Pioliyə kömək edib

image-zlatan-ibrahimovicbackend

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun oyunu öncəsi İtaliya klubunun məşqində iştirak edib.

Busaat.az xəbər verir ki, bu barədə MilanPress.it məlumat yayıb.

Mənbə bildiririb ki, 41 yaşlı isveçli məşqdə “Milan”ın baş məşqçisi Stefano Pioliyə kömək edib.image-zlatan-ibrahimovic2

İbrahimoviç bu yay təqaüdə çıxacağını açıqlayıb. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu “Milan”la yanaşı, “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “PSJ”, “Mançester Yunayted” və “Los-Anceles Qalaksi” klublarında da oynamağı bacarıb.

Zlatan karyerası ərzində 819 oyun keçirib, 493 qol vurub və 201 məhsuldar ötürmə edib.

Bu gün “Milan” Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Nyukasl”la qarşılaşacaq. Qarşılaşmanın Bakı vaxtı ilə saat 20:45-də başlaması nəzərdə tutulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90