İbrahimoviç Avro-2020-ni buraxacaq

image-ibrabackend

İsveç millisinin və “Milan”ın futbolçusu Zlatan İbrahimoviçin Avro-2020-də iştirak edə bilməyəcəyi dəqiqləşib.

Busaat.az  xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. 39 yaşlı hücumçunun A seriyasının 35-ci turunda “Yuventus”la matçda (3:0) aldığı zədəyə görə Avropa çempionatını buraxacağı bildirilib.

Qeyd edək ki, Avropa çempionatı 11 iyun – 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki