Zlatan İbrahimoviç “Milan”ın direktoru vəzifəsinə təyin oluna bilər

image-zlatan-ibrahimovicbackend

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliya komandasına qayıda bilər.

Busaat.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Milan”ın sahibi Ceri Kardinal şəxsən İbrahimoviçin qayıtmasında maraqlıdır. Keçmiş futbolçu komandanın baş məşqçisi Stefano Piolinin köməkçisi ola bilər. Qeyd olunur ki, 41 yaşlı isveçli direktor vəzifəsində çalışacaq.

İbrahimoviç bu yay karyerasını başa vuracağını açıqlayıb. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu “Milan”dan başqa, “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “PSJ”, “Mançester Yunayted” və “Los-Anceles Qalaksi” klublarında da oynamağı bacarıb. Zlatan karyerası ərzində 819 oyun keçirib, 493 qol vurub və 201 məhsuldar ötürmə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90