Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.85 $▲6.69%
  • WTI neft91.58 $▲5.68%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)3.003 $▲2.42%
  • Qızıl4 073 $▼1.85%
  • Gümüş51.94 $▼2.18%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda597.25 ¢▼0.42%
  • Bitcoin76 079 $▲0.26%
  • Ethereum2 239 $▲0.27%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Media

İctimai TV-də yeni təyinat olub

image-foto17
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İctimai TV-də ştat cədvəlinə dəyişikliklər edilib, Hüquq departamentinə yeni direktor təyin edilib.

Busaat.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının sədri, akademik Teymur Kərimli bildirib ki, gündəlikdə 2023-cü il ştat cədvəlinə dəyişikliklər edilməsi və Hüquq departamentinə direktor təyin olunması barədə məsələlərə baxılması nəzərdə tutulub.

Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişikliklər edilməsi zərurətindən danışıb və bildirib ki, məqsəd iş əmsalının daha da yüksəldilməsidir. Daha sonra Baş direktor təklif edib ki, Şirkətin Hüquq departamentinin Baş hüquqşünası Aytac İsmayılovanın həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra A.İsmayılovanın namizədliyi irəli sürülən vəzifədə görüləcək işlərdən bəhs edilib. Müzakirələr nəticəsində onun Hüquq departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.

İclasda cari məsələlər müzakirə edilib, Yayım Şurasının sədri Teymur Kərimli, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər.image-foto15 image-foto16

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124420