İƏT Fransa ilə bağlı BƏYANAT YAYDI

İƏT Fransa ilə bağlı BƏYANAT YAYDIbackend

İslam Əməkdaşlıq Təşkilatı Fransa Daxili İşlər naziri başda olmaqla fransalı siyasətçilərin islamofob çıxışlarına dair bəyanat yayıb.  

Busaat.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi Tvitter hesabında məlumat verilib

“İslam Əməkdaşlıq Təşkilatı, Fransa-İslam münasibətlərinə zərər verən bəzi Fransız məmurlarının rəsmi siyasi açıqlamalarına təəssüf edir. Həzrəti Məhəmmədin təhqiramiz karikaturalarının davamlı yayımlanması fonunda, İƏT din adından terror aktlarının törədilməsini qınayır, lakin ifadə azadlığı adı altında dini simvolların təhqir edilməsinə dair hər hansı bir əsaslandırmanı da pisləyir. İƏT, istər İslamda, istər Xristianlıqda, istərsə də Yəhudilikdə, Peyğəmbərlərin lağa qoyulmasını qınamağa davam edəcəyini bildirib. İƏT İslam və  müsəlmanların terrorizmlə əlaqələndirilməsini qınayır və müsəlman cəmiyyətləri hədəf alan və dünyada 1,5 milyarddan çox müsəlmanın hisslərini təhqir edən ayrı-seçkilik siyasətlərinin nəzərdən keçirilməsini tələb edir. Baş katiblik, din adı altında bütün terror aktlarına qarşı birmənalı şəkildə qınama mövqeyi tutaraq, daha əvvəl Fransa vətəndaşı Samuel Pati-nin vəhşicəsinə öldürülməsini də pisləmişdi”,-deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, Fransada 16 oktyabrda bir müəllimin başının kəsilərək öldürülmüş halda tapılmasından sonra ölkə siyasətçilərinin böyük hissəsi İslam və müsəlmanları hədəf alan açıqlamalar verib, məsələ ölkənin ən çox müzakirə edilən gündəmi olmuşdu. Cinayəti müsəlman şəxsin törətdiyi iddia olunur.

Bir müddət əvvəl isə Fransa Daxili İşlər naziri Jerald Darmanen Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz məzmunlu karikaturaların ölkədə yayımlana biləcəyini, məktəb dərslərində göstərilə biləcəyini və bazarlarda halal qida məhsulları üçün xüsusi bölmələrdən narahat olduğunu deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90