“İki böyük ölkə olaraq əməkdaşlığımız gözə çarpan nəticələr verir” – Çavuşoğlu

“İki böyük ölkə olaraq əməkdaşlığımız gözə çarpan nəticələr verir” – Çavuşoğlubackend

“Elə bir nəticə görmək istəyirik ki, sülh qurmaq və müşahidə aparmaq üçün təşkil etdiyimiz missiyalara ehtiyac olmasın”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun iclasından sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.

“Bölgədəki iki böyük ölkə olaraq əməkdaşlığımız gözə çarpan nəticələr verir. Qarabağda atəşkəs bərpa edildi. Rusiya sülhməramlı missiyası meydandadır. Birgə müşahidə mərkəzimiz də yaradılır. Burada məqsədimiz davamlı sülh və sabitlikdir. Altılı formatı və bütün imkanlarımızı səfərbər etməliyik. Bu addımlar atıldıqca davamlı bir sülh quracağıq və bölgədə münasibətləri normallaşdıracağıq. Cənab Əliyev barışıq əlini Ermənistana uzatdı. Yaxşı niyyətini göstərdi. Cənab Prezidentimiz də dəfələrlə davamlı sülh olacağı təqdirdə münasibətlərimizi normallaşdıra biləcəyimizi bildirib. İşlərimizi Azərbaycanla koordinasiya edəcəyik. Elə bir nəticə görmək istəyirik ki, sülh qurmaq və müşahidə aparmaq üçün təşkil etdiyimiz missiyalara ehtiyac olmasın”,-deyə Çavuşoğlu qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki