Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.32 $▲0.08%
  • WTI neft101.40 $▲0.02%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.029 $▼0.07%
  • Qızıl4 050 $▼0.04%
  • Gümüş53.28 $▲0.10%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.25 ¢▲0.13%
  • Bitcoin80 203 $▼1.28%
  • Ethereum2 322 $▼1.48%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

İki günlük sərt karantin yük daşınmalarına necə təsir edib? - İqtisadçı rəyi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yük daşınmalarında yaradılan süni çətinlik zəif olan qeyri- neft ixracatını daha da azaldacaq”.

Busaat.az xəbər verir ki, bunu iki günlük sərt karantin rejiminin yükdaşımalara təsirini şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib.

Qubad İbadoğluna görə, bugün səhərdən başlayaraq eyni vaxtıda sərhəddə istiqamət götürən TIR-ların gömrük keçid məntəqələrində növbələr yaranacaq və bu vəziyyət heç də ürəkaçan nəticəyə səbəb olmur:

“İki günlük sərt karantin dövründə yük daşımalarına icazə verilməsinə baxmayaraq kənd təsərrüfatı istehsalçılarının məhsulları yüklənmiş TIR-lar Bakı şəhərindən buraxılmır. Rusiyaya daşınmalı olan malların yalnız birinci gün səhər saat 6-dan sonra şəhərdən buraxılacağı gözlənilir. Hazırda yük maşınlarında kartof, pomidor, çiyələk və başqa kənd təssərüfatı məhsulları daşınır. Yüklənmiş malların xarab olma riski isə yüksəkdir. Digər tərəfdən, soyuducular fasiləsiz işlədiyindən gündəlik 50 litr yanacaq sərf edilir ki, bu da əlavə xərclərə gətirib çıxararaq iş adamlarına maddi ziyan vurur. Bütün bunlar ixracatçılar arasında ciddi narazılıq yaradıb.

Əlavə olaraq, bu gün səhərdən başlayaraq eyni vaxtda sərhəddə istiqamət götürən TIR-ların gömrük keçid məntəqələrində növbələrlə üzləşəcək. Belə ki, son bir həftə ərzində gün ərzində sərhəddən cəmi 20-25 maşının keçidinə icazə verilir. Bu isə malların vaxtında satıcılara çatdırılmasını çətinləşdirir.

Rəsmi statistik məlumatlara görə, 2020-ci ilin yanvar-mart ayları ötən ilin eyni dövrünə nisbətən qeyri-neft ixracı müqayisəli qiymətlərlə 4,8 faiz azalıb. Bunun başlıca səbəblərindən biri Rusiyada iri bazarların pandemiya ilə əlaqədar olaraq uzun müddət bağlı qalması olsa da, hazırda da yük daşınmalarında yaradılan süni çətinlik zəif olan qeyri- neft ixracatını daha da azaldacaq”.

Gülay

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=10707