Məzmuna keç
  • Azeri Light122.49 $▼4.00%
  • Brent neft111.33 $▲0.44%
  • WTI neft101.64 $▲0.30%
  • Avropa qazı (TTF)97.52 €▲3.00%
  • Təbii qaz (ABŞ)3.071 $▲0.23%
  • Qızıl4 062 $▲0.13%
  • Gümüş53.89 $▼0.41%
  • Pambıq77.97 ¢▼0.09%
  • Buğda613.25 ¢▲0.29%
  • Bitcoin81 296 $▲0.61%
  • Ethereum2 363 $▲0.67%
  • S&P 5007 723▲0.60%
17°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Gündəm

İki nazirlik birgə müraciət yaydı - Əhaliyə XƏBƏRDARLIQ

image-dinfhn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Novruz bayramı ərəfəsində, xüsusən çərşənbə axşamlarında tonqalların qalanması əsrlərdir xalqımızın tarixi köklərə əsaslanan adət-ənənələrindəndir. Amma bu bayram ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğunu da unutmamalıyıq. Xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada bilər.

Busaat.az xəbər verir ki, bu, Daxili İşlər və Fövqalədə Hallar nazirliklərinin Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair birgə müraciətində əksini tapıb.

Qeyd olunub ki, tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər:

“Vətəndaşların diqqətinə çatdırırıq ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təəssüf ki, hər il Novruz şənlikləri zamanı ehtiyatsızlıq səbəbindən yanğın, xəsarətalma və əmlaka ziyan dəyməsi halları qeydə alınır. Unutmayaq ki, bir anlıq səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər.

Bayram sevincimizi faciəyə çevirməmək üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına və ətraf mühiti qorumağı vətəndaşlıq borcumuz bilib sadalanan nüanslara ciddi əməl etməyə çağırırıq.

Gəlin, Novruzu birlikdə təhlükəsiz və məsuliyyətli şəkildə qeyd edək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=181437