“İki siçovula görə…” – Ronaldodan tənqidlərə cavab

image-cr7backend

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo televiziya ekspertlərinin ona ünvanladığı tənqidlərə münasibət bildirib.

Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“İnsanlar həmişə ən pisə baxır, yaxşını görmürlər. Amma iki siçovul məni tənqid etdiyi üçün karyeramı bitirmək fikrində deyiləm. Dünya məni sevir, azarkeşlər də məni sevir. Bu, mənim futbol oynamağa davam etməyim üçün motivasiyadır. Heç kimin tanımadığı iki nəfər məni tənqid etdi deyə parıltımı itirməyəcəyəm”, – ulduz futbolçu deyib.

Qeyd edək ki, portuqaliyalı forvard bu mövsüm bütün turnirlərdə dörd oyuna çıxıb və dörd qol vurub, iki məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki