Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.45 $▼0.35%
  • WTI neft101.66 $▲0.32%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.030 $▼1.11%
  • Qızıl4 072 $▲0.39%
  • Gümüş53.90 $▼0.39%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.75 ¢▼1.92%
  • Bitcoin79 865 $▼1.70%
  • Ethereum2 301 $▼2.39%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

İlham Əliyev “Aqrolizinq” ASC-yə 28 milyon ayırdı - SƏRƏNCAM

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev “Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Busaat.az xəbər verir ki, sərəncamda deyilir:

“Son dövrlərdə ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən olan aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 45 mindən çox müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, o cümlədən müasir tipli pambıqyığan və taxılbiçən kombaynlar, traktorlar, yedəklər və digər kənd təsərrüfatı texnikası alınaraq respublikaya gətirilmişdir. Ölkənin kənd təsərrüfatı texnikası parkı müasirləşdirilmiş, dövlət büdcəsinin vəsaiti hesabına ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməklə həmin maşın və mexanizmlər fermerlərə satılmışdır.

Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.13.1-ci yarımbəndində göstərilmiş 28 milyon manat “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) ayrılsın”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=8918