İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı

image-avhjwsqpkuxix8ffce8d4tywgavp5xqirgtnhc3k_1200-2backend

Prezident İlham Əliyev Quba rayonunun Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi – Səbətlər – Qənidərə – Sırt Çiçi – Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı Busaat.az President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi – Səbətlər – Qənidərə – Sırt Çiçi – Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki