“İmmunitet sertifikatı” hansı halda müddətsiz olacaq? – RƏSMİ

image-imunitetbackend

“İmmunitet sertifikatı”nın etibarlılıq müddəti altı aydır. COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet sertifikatı” əldə etmiş şəxs altıncı aydan başlayaraq, sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində bir doza vaksin (bu, buster doza sayılır) vurdura bilər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, buster dozanı (bir doza) vurdurmaqla vətəndaşın “İmmunitet sertifikatı” müddətsiz olur.

Əgər şəxs birinci dozadan 28 gün sonra ikinci doza peyvənd vurdurursa, bu zaman o “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edir. Qeyd edildiyi kimi “Peyvənd sertifikatı” müddətsizdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90