İngiliscə suala fransızca qarşılıq verdi, türkcə cavablandırdı (VİDEO)

İngiliscə suala fransızca qarşılıq verdi, türkcə cavablandırdı (VİDEO)backend
Sosial mediada paylaşılan görüntülərdə Mustafa Kamal Atatürk və Afət İnanın ABŞ səfiri ilə dialoqu bir müddətdir diqqət mərkəzindədir.
Qaynarinfo xəbər verir ki, görüntülərdə Afət İnan ABŞ səfiri Cozef Qrevin Türkiyədə qadınların siyasi hüquqlarını qazanmaları ilə bağlı tərif sözlərini çevirir. Atatürk söhbəti müşayiət edir.
Bir qədər sonra Afət İnan ABŞ səfiri Qrevin ingiliscə verdiyi “Amerikalı qadınlar haqqında nə düşünürsünüz” sualına cavab verir. Atatürk “bu suala türkcə cavab verə bilərmi?” deyə fransızca soruşur. Afət İnan da ABŞ-da qadın hüquqlarının inkişafından məmnunluğunu ifadə edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki