İngiltərədən “Neftçi”yə şad xəbər

image-neftcibackend

Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq 26 klub müəyyənləşib.

Busaat.az xəbər verir ki, bunların 13-ü səpələnmişlər, 10-u səpələnməmişlər səbətində yer alıb. 3 klubun isə hansı səbətdə yer alacağı hələlik dəqiqləşməyib.

Bu mövsüm ölkəmizi ÇL-də təmsil edəcək “Neftçi” səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Samir Abasovun komandası səpələnmişlərə, yəni daha güclü komandalara potensial rəqibdir.

Ötən gecə İngiltərə Premyer Liqasının son turundakı nəticələr “Neftçi” üçün sevindirici məqamla əlamətdar olub. Çempionlar Liqasının finalçısı olan “Çelsi” son turda yeni mövsüm üçün də bu turnirə vəsiqə qazanıb. Bu isə yarışın 2021/22 mövsümünün komanda bölgüsündə dəyişikliklərlə nəticələnib. Məsələ burasındadır ki, “Çelsi”nin uğuru sayəsində “Olimpiakos” (Yunanıstan) və “Srvena Zvezda” (Serbiya) artıq 1-ci deyil, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu komandalar isə “Neftçi” üçün çətin rəqiblərdən sayılırdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90